2021/2022-Cİ TƏDRİS İLİNDƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN VƏ VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ!

2021/2022-ci tədris ilində Universitetin müxtəlif ixtisaslarına qəbul olunmuş abituriyentlər portal.edu.az saytından qeydiyyatdan keçməlidir. Müəyyən olunmuş müddətədək qeydiyyatdan keçməyən şəxslər ixtisasa yerləşdirmədən imtina etməsi kimi qiymətləndirilərək DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək!

Qeydiyyatdan keçmə vaxtı barədə əlavə məlumat Universitetin rəsmi internet ünvanında (www.gdu.edu.az) və sosial şəbəkə hesablarında yaxın vaxtda yerləşdiriləcək.

Portal.edu.az saytına  aşağıdakı sənədlərin yüklənməsi vacibdir:

1. Attestat (diplom ali məktəb və ya kollec bitirənlər üçün) – PDF formatda (skan edilmiş formada)

2. Musiqi müəllimliyi ixtisasına qəbul olunmuş abituriyentlər musiqi təhsili haqqında sənədin (attestat və ya diplom) şəkilini çəkib göndərməlidir – PDF formatda (skan edilmiş formada).

4. Universitetə ödənişli əsaslarla qəbul olunan tələbələrdən portal.edu.az saytından qeydiyyatdan keçəndən sonra invoys nömrəsi yaranacaq. Yaranmış invoys nömrəsi üzrə təhsil haqqını ödəmək və ödəniş qəbzinin skan surətini təqdim etməyiniz xahiş olunur.  Ödəniş qəbzi təqdim olunmadığı halda qeydiyyata alınmayacaqsınız.

Diqqət: portal.edu.az  saytından qeydiyyatdan keçən tələbələrdən tədris ili başlayanda aşağıdakı sənədlərin əslini universitetə təqdim etmələri tələb olunur:

  1. Attestat (diplom ali məktəb və ya kollec bitirənlər üçün) əsli;
  2. Musiqi müəllimliyi ixtisasına qəbul olunmuş abituriyentlər musiqi təhsili haqqında sənədin (attestat və ya diplom) əsli;
  3. 3×4ə 4 ədəd şəkil,
  4. Abituriyentin qəbul olunması barədə DİM saytındakı şəxsi səhifəsindən çıxarış;
  5. Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi;
  6. Kəndirli qovluq;
  7. Hərbi qeydiyyat sənədinin əsli (hərbi bilet və ya hərbi qeydiyyata alınma barədə vəsiqə).

Qeyd: portal.edu.az saytından qeydiyyatda çətinlik çəkən şəxslər aşağıdakı nömrələrlə (zəng və WhatsApp) əlaqə saxlaya bilər:

050-388-44-91

050-318-65-58

055-271-26-69

055-648-00-79

SƏNƏD QƏBULU KOMİSSİYASI

2021/2022-Cİ TƏDRİS İLİNDƏ BAKALAVRİAT SƏVİYYƏSİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNMUŞ  DÖVLƏT HESABINA TƏHSİL ALACAQ SOSİAL HƏSSAS QRUPA AİD EDİLƏN AİLƏLƏRİN ÜZVÜ OLAN (TƏHSİL HAQQI ÖDƏNİŞİNDƏN AZAD EDİLƏN( ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Universitetin müxtəlif ixtisaslarına ödənişli əsaslara qəbul olunmuş və təhsil haqqı ödənişindən azad edilən abituriyentlər portal.edu.az saytından qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək!

Təsil haqqı ödənişindən azad edilən tələbələr aşağıdakı statuslardan birinə malik olmalıdır:

  1. Məcburi köçkünlər;
  2. Valideyn himayəsindən məhrum olmuş şəxslər (23 yaşınadək əyani)
  3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:
  4. Şəhid ailəsi üzvləri (atası, anası, qardaşı və ya bacısı şəhid olan 23 yaşınadək olan şəxslər)
  5. Sağlamlıq imkanları məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər.

Qeydiyyat zamanı təhsil haqqı ödənişindən azad edilmək üçün aşağıda qeyd edilən sənədlərin şəklini çəkib 050-388-44-91 WhatsApp nömrəsinə göndərmək lazımdır. Sənədlərin şəkli səliqəli çəkilməli və oxunan olmalıdır.

Məcburi köçkünlər:

1) Məcburi köçkün vəsiqəsi;

2) Şəxsiyyət vəsiqəsi;

3) Rayon (şəhər) icra hakimiyyətində yaradılmış «Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi»nin yerli nümayəndəsindən arayış;

 Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.

Valideyn himayəsindən məhrum olmuş şəxslər:

1) Tələbənin valideyninin (sağ olduqda-atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi;

2) Himayəyə və qəyyumluğa verilmə barədə icra hakimyyəti başçısının qərarı;

3) Nigah haqqında şəhadətnamə (valideynlərinin);

4) Himayəyə və qəyyumluğa götürən şəxsin şəxsiyyət vəsiqəsi;

5) Ölüm haqqında (atasının və ya anasının) şəhadətnamə;

6) Tələbənin doğum haqqında şəhadətnaməsi;

7) I və ya II qrup əlil olan şəxsin (atasının və ya anasının) əlillik vəsiqəsi;

8) TSEK-in əlillik verilməsi barədə arayışı;

9) Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)

 Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:

1) Tələbənin valideyninin (atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi (əsli və surəti);

2) Tələbənin doğum haqqında şəhadətnaməsi;

3)  TSEK-in (VTEK) – əlillik verilməsi barədə arayışı; -Arayışda – Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almışdır – qeyd olunmalıdır;

4) Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)

Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.

Şəhid ailəsi üzvü:

1) Şəhid ailəsi vəsiqəsi;

2) Hərbi komissarlıqdan arayış;

3) Tələbənin və valideyninin şəxsiyyət vəsiqəsi;

4) Nigah şəhadətnaməsi;

5) Atasının (anasının, qardaşının) ölüm haqqında şəhadətnaməsi;

6) Tələbənin doğum haqqında şəhadətnaməsi;

 Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər.

1. Şəxsiyyət vəsiqəsi;( sənədin surəti notarial qaydada təsdiq olunmalıdır)

2. TSEK-in əlillik verilməsi barədə arayışı;

3. Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)

Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.

Qeyd:

1. Təhsil haqqını ödəməkdən azad edilmək üçün yuxarıda qeyd edilən sənədlərin sürətini notarial qaydada təsdiq etdirməli, Sizə uyğun ərizə formasını doldurmalı, imza etməli və iki həftə müddətində poçt vasitəsilə Universitetə göndərməlisiniz, yaxud universitetə təqdim etməlisiniz. Sizin təhsil haqqını ödəməkdən azad edilməyiniz üçün Universitetlə müqavilə bağlamalısınız Əks halda təhsil haqqını ödəməkdən azad edilməyə bilərsiniz.

TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİNDƏN AZADETMƏ KOMİSSİYASI

ƏRİZƏ FORMASINI YÜKLƏ