“27 Sentyabr–Qürur və Zəfər tariximiz “ adlı tədbir keçirilib

    Gəncə Dövlət Universitetinin qəhrəman Yüksəl Əlizadə adına auditoriyasında “27 Sentyabr–Qürur və Zəfər tariximiz “ adlı tədbir keçirilib.

Xarici dillər və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdən öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   44  günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

   Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov və Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov çıxış ediblər. 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açıblar və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd ediblər.

   Daha sonra tələbələrin ifasında vətənpərliyə aid şeirlər və mahnılar səsləndirlib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti