Gəncə Dövlət Universitetində yay semestri uğurla davam edir

Gəncə Dövlət Universitetində müvəffəqiyyət qazanılmış fənlərdən qiymətləri yüksəltmək və akademik borcları ləğv etmək istəyən tələbələr üçün təşkil olunan yay semestri üzrə tədris məşğələləri uğurla davam edir. İqtisadiyyat və idarəetmə, Tarix və Coğrafiya, Pedaqoji fakültələrdə, o cülmədən Qiyabi şöbədə təşkil olunan yay semestri tələbələrə akademik borclarını ləğv etmək, təhsil prosesində fasiləsizliyi təmin etmək və növbəti tədris ilinə hazırlıqlı şəkildə başlamaq üçün imkan yaradır.
Universitetdə yay semestri müvafiq tədris planlarına uyğun şəkildə təşkil olunur, dərslər ixtisaslı professor-müəllim heyəti tərəfindən aparılır. Bu imkan tələbələrin bilik və bacarıqlarını daha da möhkəmləndirməsinə, akademik göstəricilərini yaxşılaşdırmasına və növbəti tədris ilinə hazırlıqlı şəkildə başlamasına xidmət edir.
Qeyd edək ki, Gəncə Dövlət Universitetində yay semestri 15 iyul 2026-cı il tarixdə başlayıb. Tədris məşğələləri 19 avqust 2026-cı il tarixdə yekunlaşacaq.

Yay semestrinin imtahan sessiyasının 20-24 avqust 2026-ci il tarixlərdə keçirilməsi nəzərdə tutulur.