Gəncə Dövlət Universiteti əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qəbulunu elan edir

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq Gəncə Dövlət Universiteti 2026-2027-ci tədris ilində xarici ölkə vətəndaşları (əcnəbilər) üçün imtahansız, yalnız attestatla təhsilin bakalavriat, bundan əlavə müvafiq ali təhsili təsdiq edən diplomla magistratura və doktorantura səviyyələri üzrə tələbə qəbulu elan edir.

        Təhsil haqqı bakalavriat səviyyəsi üçün 1000 azn, magistratura səviyyəsi üzrə isə 1500 azn təşkil edir. Əlavə heç bir ödəniş tələb olunmur!

Bakalavriat səviyyəsində təhsil almaq üçün universitetə müraciət edən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Elektron ərizə/anket forması;
  • Təhsil haqqında attestatın Azərbaycan dilinə tərcümə ilə notarial qaydada təsdiq olunmuş surəti (əsli ilə birlikdə);
  • Tibbi arayışlar:
    • Ümumi sağlamlıq,
    • QİÇS,
    • Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;

4.Təmsil etdiyi ölkənin ümmumvətəndaşlıq pasportu;

        5.Tərcümeyi-hal (CV);

        6.3×4 ölçüdə 4 ədəd fotoşəkil.

Qeyd: Təhsilin magistratura səviyyəsinə daxil olmaq istəyən şəxslər əlavə olaraq ali təhsili təsdiq edən diplomu və diploma əlavəni Azərbaycan dilinə tərcümə olunub notarial qaydada təsdiq etməlidir.

Müraciət vaxtı və sənədləşmə:

Tədris ili üzrə sənədlər 15 iyul – 10 sentyabr 2026-cı il   tarixlərində qəbul edilir. Ərizəçi ərizə formasını tam doldurmalı və tələb olunan bütün sənədləri aşağıda qeyd olunan veb səhifədən qeydiyyatını tamamlamalıdır:

Təhsil Portalı (portal.edu.az)

  Ərizəçinin müraciəti ilkin olaraq məqbul hesab olunandan sonra əcnəbi vətəndaş sənədlərini Universitetin “Əcnəbi tələbələrin qəbulu kommisiyasına təqdim etməli və şifahi müsahibədən keçməlidir. Əks halda müraciət etibarsız hesab olunacaqdır.

Müsahibədə iştirak məcburidir!

Video təlimat: https://www.youtube.com/watch?v=4Cmf5oLCZMY

Vacib qeydlər:

  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsini (DYİ seriyası) olan xarici vətəndaşların qəbulu Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlu olmaqla  Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında məqbul sayılır.
    • Xarici ölkə vətəndaşlığı ilə yanaşı Azərbaycan Respublikası vətəndaşlığına da malik olan əcnəbilər universitetə əcnəbi statusu kimi müraciət etməsi qanun ilə qadağandır. Həmin şəxslər ali təhsil müəssisəsinə yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları əsasında qəbul oluna bilərlər.
    • Əyani təhsilalma forması üzrə qəbul olunan əcnəbi tələbələr qəbulun rəsmiləşdirildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasında qanuni yaşamasını təsdiq edən sənədin surətini universitetə təqdim etməlidirlər.

  Əlaqələndirici şəxs:

Ruslan Məmmədov Beynəlxalq əlaqələr şöbəsinin müdiri

           E-mail: info@gdu.edu.az ; ruslan_mammadov@gdu.edu.az

                   Əlaqə telefonu: (+99422) 256-73-13;

                       Mob.: (+99455) 222-05-12