39 nömrəli tam orta məktəbdə Riyaziyyat gecəsi təşkil olunub
08 aprel 2025 – ci il tarixdə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə “Riyaziyyatın müasir problemləri və Riyaziyyatın kütləviləşməsi” mövzusunda dərs təşkil olunan dərs Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilib.
Riyaziyyat gecəsində məktəbin direktoru Nizami Rzayev, Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, Riyazi-analiz kafedrasının müdiri, professor Orucəli Rzayev, kafedranın dosenti Nazim Nemətov, baş müəllim Nazir İsmayılov, həmin məktəbdə təcrübədə iştirak edən rəhbər müəllim Pərvin Mustafayeva, təcrübəçi tələbələr, orta məktəbin Riyaziyyat müəllimləri və şagirdlər iştirak edirdilər.
Professor Orucəli Rzayev, dosent Nazim Nemətov, Riyaziyyat müəllimliyi ixtisasının tələbəsi Qənirə Rzazadə çıxışlarında riyaziyyatın müasir problemləri, riyaziyyatın kütləviləşməsi və riyaziyyatda poeziya haqqında iştirakçılara ətraflı məlumat verdilər.
Sonda tələbələri və şagirdləri maraqlandıran suallar məruzəçilər tərəfindən geniş şəkildə cavablandırıldı.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti