GDU-da “Sərhədsiz Kimya” mövzusunda elmi seminar: 17 tələbə ingilis dilində məruzə ilə çıxış edib

Gəncə Dövlət Universitetinin (GDU) Kimya və biologiya fakültəsində Kimya kafedrasının və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Sərhədsiz Kimya” adlı tələbə elmi seminarı keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan seminarda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Elmi seminarın giriş hissəsində 32 rektor arasında keçirilən “Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?” adlı sorğusunun nəticələri haqqında məlumat verilib. Bildirilib ki, rektorların tələbələrlə ünsiyyət, qayğı və dəstək səviyyəsini qiymətləndirən sorğuda səs çoxluğu ilə GDU-nun rektoru Yusif Yusibov 1-ci yerin qalibi olub. Bu münasibətlə rektor Yusif Yusibova təbriklər çatdırılıb, fəaliyyətində uğurlar arzu olunub.

Universitetin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək bu cür elmi seminarların tələbələrin bilik və dünyagörüşünün artırılmasında mühüm rol oynadığını vurğulayıb, universitetdə gənc alimlərin yetişməsi üçün həyata keçirilən işləri yüksək qiymətləndirərək, elmi platformaların tələbələrin gələcək karyerasında mühüm rol oynayacağını bildirib, elmi seminarın işinə uğurlar arzulayıb.

Daha sonra Kimya və biologiya fakültəsinin 17 tələbəsinin ingilis dilində “Radioaktivlik və nüvə enerjisi”, “Genetik texnologiyalar”, “CRISPR-Cas9” texnologiyası və gələcəyin kimyası”, “Yaşıl kimya və ekologiya”, “Kosmetika sənayesində yaşıl kimyanın tətbiqi”, “Mikroplastiklərin təsiri”, “Tibbi Kimya”, “Tibdə nanotexnologiyalar”, Müasir təbabətdə dərmanların rolu”, “Süni intellekt”, “Ağıllı elm inqilabı” mövzusunda geniş məruzələri dinlənilib.

Tələbələrin elmi mövzuları xarici dildə sərbəst şəkildə məruzə etməsi professor-müəlim heyəti tərəfindən yüksək qiymətləndirlib.