43 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ TƏLƏBƏNİN SINAQ DƏRSİ

19  aprel 2017- ci ildə Gəncə şəhər Nigar Rəfilbəyli adına 43 nömrəli tam orta məktəbdə universitetin Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasının IV kurs tələbəsi Şirinova Bənövşə Məhəmməd qızının 72 sinfində “sınaq dərs”i keçirildi. Şirinova Bənövşə tərəfindən təqdim olunan  dərsin mövzusu “Evrovijon da Azərbaycanın iştirakı” adlanırdı.

Dərsdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşı dosent Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov,Leksika və ölkəşünaslıq kafedrasının rəhbər müəllimləri, həmin məktəbin fənn müəllimləri Rəna Hüseynova, Zərgələm İsgəndərova və məktəbdə təcrübədə olan Xarici dillər fakültəsinin tələbələri.

Tələbənin dərsi müzakirə olunan zamanı bildirildi ki, tələbə B.Şirinova tədris materialını yüksək səviyyədə izah etdi, şagirdlərin biliyinin düzgün qiymətləndirdi, dərsi müasir təlim metodları əsasında təqdimatını həyata keçirdi,  ümumiyyətlə, dərs yaxşı qiymətləndirildi.

Tələbə B.Şirinova bildirdi ki, növbəti sınaq dərslərinin də daha yaxşı səviyyədə təşkil olunmasına nail olacaqdır.

Gəncə Dövlət Universitetinin  Nigar Rəfilbəyli adına 43 nömrəli tam orta məktəblə (direktor Əliyeva Günay) uğurlu əməkdaşlıq münasibətləri davam etdirilir.

Həmin məktəbin son illər məzunları respublikamızın aparıcı ali məktəblərində, o cümlədən Gəncə Dövlət Universitetində təhsil alırlar. Bu sözləri orta məktəbin fənn müəllimləri öz çıxışlarında xüsusi qeyd etdilər.