Gəncə Dövlət Universitetinin tədris binalarına Azərbaycanın dahi şəxsiyyətlərinin adı veriləcək
Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın bu il üçün ilk iclası keçirilib.
Əvvəlcə şura üzvləri gündəlik məsələlər barədə məlumatlandırılıb.
Sonra Elm və innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadə universitetin professor-müəllim heyətinin 2018-ci ildə yerinə yetirdiyi elmi –tədqiqat işlərinin nəticələri və 2019-cu ildə yerinə yetiriləcək elmi tədqiqat işlərin, tematik planların müzakirəsi, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Fəxrəddin Məmmədov tədris ilinin payız imtahan sessiyasının gedişatı və görülən işlər haqqında məruzələrlə çıxış ediblər.
Daha sonra Leksika və ölkəşünaslıq kafedrasının müdiri dosent Sevda Kazımovanın və komissiyanın sədri Əlavə təhsil fakültəsinin dekanı, dosent Zakir Zeynalovun, Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadovanın və komissiyanın sədri Ümumi tarix kafedrasının müdiri, dosent Vüsalə Veysəlovanın, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Allahverdi Quliyevin və komissiyanın sədri Rus dili kafedrasının müdiri, dosent Kəmalə Əhmədovanın 5 illik fəaliyyətinə dair hesabatları dinlənilib.
Elmi Şurada Fransız dili kafedrasında boş olan dosent yerinə seçki üzrə filologiya üzrə fəlsəfə doktoru Məhərrəm Orucovun, Ekologiya və təbiəti mühafizə kafedrasında boş olan dosent yerinə isə seçki üzrə biologiya üzrə fəlsəfə doktoru Gültəkin Qasımovanın Elmi Katib tərəfindən vəsatəti qaldırılıb və qəbul edilib.
Cari məsələlərdə isə Elmi Şuranın keçirildiyi iclas zalına dahi Azərbaycan şairi, dünya poeziyasının ın görkəmli nümayəndələrindən biri Nizami Gəncəvinin adının verilməsi müzakirə edilib və qəbul olunub.
Elmi Şuranın sonunda rektor professor Yusif Yusibov tədris binalarına da dahi şəxsiyyətlərin adının veriləcəyini iştirakçıların diqqətinə çatdırıb.