“Qadının toplumdakı yeri və önəmi” mövzusunda konfrans keçirilib
Türk Hava Yollarının dəstəyi, Türkiyə Respublikasnın Gəncədəki Baş konsulluğunun təşkilatçılığı və Gəncə Dövlət Universitetinin ev sahibliyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadının toplumdakı yeri və önəmi” mövzusunda konfrans keçirilib.
Konfransda Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Türkiyə Böyük Millət Vəkilinin 26-cı dönəm millət vəkili İksn Ceritoğlu Kurt, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, uzman, sosial pedaqoq Ayfər Öztürk, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Gəncə nümayəndəliyinin rəhbəri Afina Babayeva, Gəncə Reqional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə və Aprel şəhidi İnqilab Quliyevin bacısı Lamiyə Quliyeva iştirak ediblər.
Tədbirdə türk qadınının ailədə və cəmiyyətdə tarixi rolundan və müasir vəziyyətindən danışılıb.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan qadını tarixən həm ailədə, həm də cəmiyyətdə özünün mövqeyinə görə böyük hörmət və ehtirama layiq olub.