UNİVERSİTETİN BAZA MƏKTƏBİNDƏ AÇIQ DƏRS

Gəncə Dövlət Universitetinin Kimya-biologiya müəllimliyi ixtisasının 5-ci kurs tələbəsi Fətullahzadə Gülbanunun “Fosforlu gübrələr” mövzusunda açıq dərsi olub.

Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə keçirilən dərsdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, orta məktəbin direktoru Nizami Rzayev, rəhbər müəllim Aygün Zeynalova, məktəbin fənn 9-cu sinif  şagirdləri, təcrübəçi tələbələr və fənn müəllimləri iştirak ediblər.

Təcrübəçi tələbə açıq dərsdə Fosforlu və kaliumlu gübrələrin bitkilərin inkişafında rolu, onun inkişafında əhəmiyyəti, sadə superfosfat, ikiqat superfosfat, ammofos və diammofos, kaliumlu gübrələr haqqında ətraflı məlumat verib.

Təqdim edilən nümunəvi dərs müasir təlim metodlarına, kurikulum təlim texnologiyalarına həsr olunub.

Dərsin geniş müzakirəsi zamanı çıxış edənlər təcrübəçinin açıq dərsini yüksək qiymətləndirib, bu cür tədbirlərin digər orta məktəblərdə də həyata keçirilməsini tövsiyyə ediblər.