Universitet-məktəb əməkdaşlığı davam edir
Aprelin 1-də Gəncə şəhər A.S.Puşkin adına 9 saylı tam orta məktəbdə Riyaziyyat-informatika fakültəsinin İnformatika müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Sayalı İsmayılbəylinin “Proqramlaşdırma mühitində dövr” mövzusu üzrə 6 sinif şagirdləri üçün açıq dərsi olub.
Dərsdə orta məktəbin direktoru Nazim Hacıyev, Təcrübə və karyera şöbəsini müdiri Cabbar Qarayev, metodist-müəllim Gülmira Verdiyeva, orta məktəbin fənn müəllimi Durna Əhmədova və təcrübəçi tələbələr iştirak ediblər.
Təcrübəçi tələbə mövzuda Alqoritm nədir? Alqoritmin hansı növləri var? Dövrü alqoritm nədir? Alqoritmdə dövrü göstərmək üçün hansı ifadələrdən istifadə olunur? və sair suallar ətrafında şagirdlərə məlumat verib.
Dərs müasir təlim metodlarına əsasında təşkil olunub. Tələbə vəsaitdən istifadə edərək şagirdlərə test tapşırıqları verib. Yekunda qruplar arasında qiymətləndirilmə aparılıb və ev tapşırıqları verilib.
Çıxış edən müəllimlər təcrübəçi tələbəyə metodiki məsləhətlər veriblər.