Təcrübəçi tələbələr “Naftalan” Sağlamlıq Mərkəzində
Biologiya-Kimya fakultəsinin 4-cü kurs tələbələri istehsalat təcrübələrini Gəncə şəhəri və ətraf rayonlarda yerləşən ixtisasa uyğun təşkilatlarda (Elmi –Tədqiqiqat İnstutları, Endokrinoloji Mərkəz, “Naftalan” Sağlamlıq Mərkəzi, Yaşıllaşdırma idarəsi və dövlət qoruqları) davam etdirirlər.
Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev bildirib ki, hazırda universitetin Biologiya ixtisasının təcrübəçi tələbələri Gəncə şəhərindəki Naftalan Sağlamlıq Mərkəzində, metodist müəllim, anatomiya elmləri üzrə fəlsəfə doktoru Günay Sadıqovanın rəhbərliyi ilə həmin müəssisədə təcrübə keçirlər.
Təcrübəçi tələbələrdən Nuranə Teymurova, Rufanə Süleymanova, Nəsibə Rəhimova, Ləman Fərzəliyeva və Gülarə Məmmədova sağlamlıq mərkəzində laboratoriyalarda qanın analizinin müayinəsi, xəstəyə ilkin tibbi yardımın necə göstərilməsi, əzələ daxili inyeksiyanın köçürülməsi inyeksiyanı yerinə yetirməzdən əvvəl icra edilən gigiyena və dezinfeksiya qaydaları haqqında geniş məlumat toplayırlar.
Təcrübəçi tələbələrin laboratoriyalarda daha yaxşı məlumatlandırılması üçün “Naftalan” Sağlamlıq Mərkəzinin həkimləri və rəhbərliyi tələbələrə yaxından köməklik göstərirlər.