Təcrübəçi tələbələrin ümumtəhsil məktəblərində sınaq dərsi davam edir

Biologiya müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Səma Hüseynovanın Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin 6 sinif şagirdləri üçün “Tozlanma” mövzusunda sınaq dərsi olub.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar  Qarayev, metodist- müəllim Füzuli Bayramov, orta məktəbin fənn müəllimləri və təcrübəçi tələbələr istirak edib.

Təcrübəçi tələbə mövzuda çiçəkli bitkilərdə tozlanma, öz-özünə tozlanma, çarpaz tozlanma, küləkdə tozlanma, həşaratlarda tozlanma haqqında geniş məlumat verib.

Dərsin təhlilində çıxış edən metodist müəllimlər təcrübəçi tələbəyə metodiki məsləhətlər verib. 

X X X

Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə Tarix müəllimliyi ixtisasının 4 kurs tələbəsi Rəsmiyyə Zeynalovanın 8-ci sinif şagirdləri üçün sınaq dərsi olub.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, orta məktəbin fənn müəllimi Şəhla Quliyeva və təcrübəçi tələbələr istirak ediblər.

Dərs “XVIII əsrdə Azərbaycan mədəniyyəti” mövzusuna həsr olunub.

Təcrübəçi tələbə məlumat verib ki, XVIII əsr Azərbaycan ədəbiyyatı milli mədəniyyətin təkamülündə böyük rol oynayıb, mədəniyyətin yeni inkişaf mərhələsi qazanması üçün geniş imkanlar açıb.

Dərs müasir təlim metodları və əyani vəsaitdən geniş istifadə olunmaqla tədris edilib.

Dərsdə çıxış edən metodist müəllimlər təcrübəçi tələbəyə metodiki məsləhətlər veriblər.