Baza məktəblərində sınaq dərsləri davam edir

Gəncə Dövlət Universitetinin baza tədris müəssisəsi olan M.Mehdizadə adına 4 saylı orta məktəbdə Tarix-coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi Həbibə Qurbanovanın “Gülüstan müqaviləsi” mövzusunda açıq dərsi keçirilib.

8-ci sinif şagirdləri üçün keçirilən açıq dərsdə məktəbin metodist müəllimi Təranə Behbudova, fənn müəllimi Türkan Bayramova və məktəbdə təcrübədə olan tələbələr iştirak ediblər.

Təcrübəçi tələbə dərsdə Gülüstan müqaviləsinə qədər bölgədə yaranmış siyasi-hərbi vəziyyət, Rusiya, Qacarlar və Osmanlı İmperiyalarının Cənubi Qafqazada nüfuz uğrunda apardığı müharibələr haqqında şagirdlərə məlumat verib.

Dərsin gedişində əyani vəsaitlərdən istifadə edilib. Şagirdlər mövzunu maraqla qarşılayıb, sual – cavabda aktiv iştirak ediblər.

X X X

Gəncə şəhər 31 saylı orta məktəbdə Fizika və texniki fənlər fakültəsinin 4-cü kurs tələbəsi ramilə Tağiyevanın“Link qanunu” mövzusunda 7 sinif şagirdləri üçün sınaq dərsi keçirilib.

Əvvəlcə təcrübəçi tələbə dərsin mövzusunu şagirdlərə izah edib.

Sonra şagirdlərə mövzuya aid bir sıra təcrübələr göstərilib.

 X X X 

Universitetin baza məktəbi olan Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbdə Tarix-coğrafiya 5-ci kurs tələbəsi Zümrüd Qafarovanın 6-cı sinif şagirdləri üçün sınaq dərsi keçirilib.

Dərsdə məktəbin direktor müavini Vüsal Həsənov, metodist müəllim Yəhya Süleymanov, məktəbin fənn müəllimi Ramin Quliyev və məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər.

Dərsin mövzusu “Qədim Yunanıstan mədəniyyəti”nə həsr olunub. Təcrübəçi tələbə Qədim Yunanıstanın tarixi, görkəmli filosofları – Aristotel, Demokrit, Platon; yunan şairi Homerin yazmış olduğu “İlliada” və “Odisseya” həmçinin, möhtəşəm tarixi abidələri haqqında şagirdlərə ətraflı məlumat verib.

Dərs müasir təlim metodlarına əsasən hazırlanmış əyani vəsaitlərdən geniş istifadə olunub.

Dərsdə video çarx göstərilib, tapşırıqlar verilib. Sonda metodist müəllimlər tərəfindən təcrübəçiyə metodiki tövsiyyələr verilib.