Təlim nəticələri və bacarıqlar mövzusunda seminar təşkil olunub
12 aprel, 2019-cu il tarixində Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentində təlim nəticələri və bacarıqlar mövzusunda seminar təşkil olunub. Təlimin məqsədi bu yaxınlarda Londonun Middlesex Universitetinə səfər zamanı əldə olunan bilik və bacarıqları paylaşmaq olub. Qeyd edək ki, 9-16 Fevral 2019-cu il tarixlərində Gəncə Dövlət Universitetinin nümayəndələri Londonda səfərdə olub. Səfər zamanı Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa Komissyasının Erasmus+ proqramının EQAC layihəsi çərçivəsində Londonun Middlesex Universitetinində keçirilən təlimlərdə iştirak edib. Səfərdən geri döndükdən sonra əldə olunan təcrübəni paylaşmaq üçün Gəncə Dövlət Universitetində akademik heyət üçün təlim təşkil olunub. Təlim zamanı əsas mövzular bacarıqlar, təlim nəticələri, təlim nəticələrinin yazılması, Blum taksanomiyası və keyfiyyətin təminatı ilə bağlı bir sıra digər mövzular olub.