Qırx ildən sonra bir arada
Gəncə Dövlət Universitetində (GDU) 40 il öncə bir-birindən ayrılan 1979-cu il məzunları ilə görüş keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, 40 il əvvəl universitetin Filologiya fakültəsini bitirən məzunların iştirakı ilə keçirilən görüşdə maraqlı anlar yaşanıb. Bir zamanlar gənc olan bu insanlar indi həyatda öz mövqelərinə sahib olublar. Müxtəlif sahələrdə çalışan məzunların kimisi paytaxtda, kimisi digər şəhər və rayonlarda həyatlarını davam etdirir. Amma bu görüş onları uzun illərdən sonra bir araya gətirib.
Bu görüşə ən çox sevinənlər həm də keçmiş məzunların qocaman müəllimləri olub.
Tədbir dünyasını dəyişmiş professor-müəllim heyətinin və məzunların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva universitetdə belə bir tədbir keçirmələrindən məmnun olduğunu bildirərək, məzunlara və qonaqlara GDU-nun son illərdəki fəaliyyəti, uğurları barədə məlumat verib.Tələbələrə yaxşı təhsil almaları üçün yaradılan şəraitdən danışıb. GDU ilə məzunların sıx əməkdaşlığının vacibliyini vurğulayıb.
Sonra söz məzunlara verilib. Professor Paşa Qəlbinur, Yazıçı-publisist Əjdər Ol və başqaları universitetlə bağlı xoş xatirələrini danışıb, görüşün təşkilinə görə GDU rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Unudulmaz görüş xoş xatirələrlə məzunların yaddaşına həkk olunub