ERASMUS+ “AESOP” layihəsinin idarəetmə görüşü Bakı şəhərində baş tutdu.
27 may 2019-cu il tarixində “Erasmus +” proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“AESOP: Advocacy Establishment for Students through Ombudsman Position”) layihəsinin idarəetmə görüşü bütün tərəfdaşların iştirakı ilə Xəzər Universitetində baş tutdu. Görüşün əsas məqsədi layihə əsasında açılan Ombusman ofislərinin icra vəziyyəti, layihənin sənədləşməsində hazırki vəziyyət və görülən işlərlə bağlı hər tərəfdaş hesabatlarını təqdim etməsi idi.
İdarəetmə görüşündə Gəncə Dövlət Universitetinin əməkdaşları, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, İKT şöbəsinin müdiri Asif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirak etdilər. Görülən işlərlə bağlı Gdu-nun layihə qrupu tərəfindən görüş iştirakçılarına hesabat verildi və layihənin icra vəziyyəti bəyənildi. Məlumat üçün bildirir ki, layihə əsasında GDU-nun əsas tədris binasında müasir avadanlıqlarla təchiz olunmuş “Tələbə Ombudsman Ofisi” yaradılaraq rəhbər təyin olunub və universitetin rəsmi internet səhifəsində bu ofislə əlaqədar olaraq ətraflı məlumat öz əksini tapmışdır. Maraqlananlar üçün aşağıdakı keçiddə daha ətraflı qeyd olunub: http://gdu.edu.az/ombudsman
Qeyd edək ki, artıq icraatda olan bu layihənin yeknlaşmaq ərəfəsindədir. Belə ki, layihə ilə bağlı yekun konfrans cari ilin iyul ayında Gürcüstan Respublikasının Kutaisi şəhərində yerləşən Akaki Tresteli Dövlət Universitetinində baş tutması gözlənilir.