Milli qurtuluş, xalqın zəfəri
Hər bir dövlətin taleyində mühüm əhəmiyyət daşıyan elə tarixi günlər var ki, onun gələcək həyatının təməli məhz həmin günlərdə qoyulur. Taleyüklü tarixi hadisələrlə əlamətdar olan belə anlardan biri də ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışıdır. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun – əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən alnı açıq çıxdığı gündür.
Bu fikirlər iyunun 13-də Gəncə Dövlət Universitetində keçirilən 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbiri açan rektor professor Yusif Yusibov Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdiyini bildirib. Bu tarixdə başlıca qayəsini azərbaycançılıq, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf dövrü olub. Ölkədə nizami ordu yaradılıb, Qarabağ müharibəsində atəşkəs əldə edilib, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanılıb. Azərbaycanda yeni idarəetmə sistemi formalaşdırılıb, insanların öz dövlətinə inamı qaytarılıb. İctimai-siyasi, sosial-iqtisadi, humanitar sferada, beynəlxalq münasibətlərdə dönüş yaradılıb, müstəqil dövlət quruculuğu prosesinə başlanılıb. İlk parlament seçkiləri keçirilib, referendum yolu ilə Konstitusiya qəbul edilib.
Bildirilib ki, 1994-cü ildə “Əsrinmüqaviləsi”nin imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşuna başlanılıb. Bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da institusional islahatlar həyata keçirilib, azad bazar iqtisadiyyatının formalaşmas ıməqsədilə hüquqi baza yaradılıb, məqsədli dövlət proqramları qəbu ledilib. Həyata keçirilən iri miqyaslı islahatlar sayəsində iqtisadi hədəflər və onlara nail olunması yolları müəyyənləşdirilib, maliyyə vəziyyəti sabitləşdirilib, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasın abaşlanılıb, xalqın həyat səviyyəsi yüksəldilib. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırılıb, dünya birliyinə özünü təqdim edən ölkəmiz bir neçə beynəlxalq təşkilata üzv olub.
Professor Yusif Yusibov qeyd edib ki, Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir və əbədi olacaqdır” fikri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən Azərbaycanın simasında öz təsdiqini tapır. Ulu öndərin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan dövləti kimi nüfuz qazanıb. Ulu öndər xalqımıza əbədi müstəqillik bəxş edib, İlham Əliyev öz uğurlu siyasəti ilə bu müstəqilliyi daha da möhkəmləndirib. Heydər Əliyev böyük qayıdışı ilə Azərbaycanı uçurumdan qurtardı, İlham Əliyev bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirdi və bu gün Azərbaycan hərtərəfli inkişaf üstündə qurulmuş ölkə kimi tarixi yolunu inamla davam etdirir.
Tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva “Heydər Əliyev Azərbaycanın tərəqqi faktorudur”, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Heydər Əliyev milli birliyimizin təminatçısıdır”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Tünzalə Cahangirova “Milli Qurtuluş günü-xalqımızın şərəf günüdür”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova “ Xaosdan Qurtuluş” adlı məruzələri ilə çıxış ediblər.