Gəncə Dövlət Universitetinin tələbələri də COVID-19 əleyhinə vaksinasiya prosesində fəal iştirak edirlər
Gəncə Dövlət Universitetinin (GDU) tələbləri könüllü olaraq cənab rektorun çağırışına qoşularaq, vaksinasiya prosesində aktiv iştirak edərək peyvənd olunublar.
Qeyd edək ki, GDU-da, ilk növbədə, yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid əməkdaşları mərhələli şəkildə vaksinasiya prosesində iştirak ediblər. Sağlamlıqlarına, ölkəmizdə olan sanitar-epidemioloji vəziyyətə həssas yanaşan və peyvənd olunmağı vətəndaşlıq borcu hesab edən GDU kollektivinin çoxu artıq vaksinasiyadan keçib. Hazırda bu prosesdə tələbələrin aktiv iştirak etməsi üçün hər bir fakültənin dekan və müəllimləri tərəfindən təbliğat işləri aparılır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti