GDU-NUN NƏZDİNDƏ REGİONAL KOLLECİN TƏLƏBƏLƏRİ RESPUBLİKA İFA MÜSABİQƏSİNİN QALİBİ OLMUŞLAR

  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii yaradıcılıq evinin təşkilatçılığı ilə  keçirilən Müasir Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin final mərhələsinə yekun vurulmuşdur. Aprelin 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecdə keçirilən final mərhələsində Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin tələbələri bu müsabiqədə iştirak edərək böyük uğur qazanmışlar.

         Müsabiqədə kollecin tələbələri aşağıdakı yerlərə layiq görülmüşlər.

Kollecin tələbələrindən ibarət Kvartet –I yer. Kvartetin üzvləri:  Hüseyn Adil oğlu Əliyev, Humay Emin qızı Məmmədova,             Aydan Tofiq qızı Cavadova,  Səbinə  Natiq  qızı Quliyeva,  Qaya Samir oğlu Nəsibzadə.     

Kollecin tələbəsi Nəsibzadə Qaya Samir  oğlu –I yerə, (estrada mahnıları nominasiyası  üzrə)

Kollecin tələbəsi Abdullayeva Səba Elcan qızı   – II yerə (rəqs nominasiyası üzrə)

Kollecin tələbəsi Qulamov Fərid  Fuad oğlu  – III yerə (estrada mahnıları nominasiyası üzrə)

         Kollecin tələbəsi Məmmədov Bayram Rövşən oğlu – III yerə (Təsnif və xalq mahnılarının nominasiyası üzrə) layiq görülmüşlər.

        Qalib tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.