KİMYA-BİOLOGİYA FAKÜLTƏSİ BURAXILIŞ KURS TƏLƏBƏLƏRİ ÇÖL-TƏDRİS TƏCRÜBƏSİNDƏ
Tədris planına əsasən Gəncə Dövlət Universitetinin Kimya – bilogiya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasının V kurs, Biologiya müəllimliyi ixtisasının IV kurs tələbələri Göygöl Milli parkında çöl – tədris təcrübəsində olmuşdular. Təcrübənin keçirilməsində AMEA-nın müxbir üzvü prof. Vaqif Novruzov, dos. Zərifə Tağıyeva, müəllimə Gülnarə Quliyeva iştirak etmişdilər. Göy-göl Milli parkında tələbələrlə Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev, Göygöl Milli Parkının elmi işlər və ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini və s. qoruqların iştirakı ilə treninq keçirilmişdir.
Daha sonra treninq iştirakçıları ilə birlikdə tələbələr Göygöl ətrafının bitki örtüyü ilə tanış oldular. Azərbaycanın Qırmızı Kitabının yeni III nəşrinə daxil ediləcək bitkilərlə tanışlıq tələbələrin böyük marağına səbəb olmuşdur. Təcrübə proqramı əsasında həyata keçiriləcək işlərə dair tələbələr bir sıra qeydiyyatlar apardılar. Tədbirin sonunda təcrübəçi tələbələr rəhbər müəllimlər ilə xatirə şəkilləri çəkdirdilər.