UNİVERSİTETİN GƏNCLƏRİ KEÇİRİLƏN DEBATDA FƏALLIQ GÖSTƏRMİŞLƏR
Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə «Tibbi tədqiqatlar yaşam müddətini deyil, sağlamlığın müddətini artırmağa yönəldilməlidir» mövzusunda debat keçirilmişdir.
Tədbirdə TGT-nin sədri Fuad Dadaşov, sədr müavini Nuğay Əlili, TEC-in sədri Lalə Ələkbərova, sədr müavini Nuranə Quliyeva və tələbələr iştirak etmişlər.
Görüş zamanı tələbələr tibbi tədqiqat metodları, onların növləri, hal-hazırda gedən tədqiqat işləri, onların aparılma üsulları, şərtləri eləcə də dövrümüz üçün böyük problemlər olan hipertoniya, şəkərli diabet, xərçəng kimi yayılmış xəstəliklər barəsində müzakirələr aparılmışdır. Tədbirin davamında tədqiqat işləri nəticəsində gündən-günə inkişaf edən farmakologiya elmi haqqında, eyni zamanda dərman məmulatlarının satışının Azərbaycanın iqtisadiyyatına təsiri, cari vəziyyəti və bu istiqamətdə görülən işlər barəsində diskusiya aparılmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.