UNİVERSİTETDƏ AKADEMİK BORCU OLAN, FƏNLƏRDƏN QİYMƏTİNİ YÜKSƏLTMƏK İSTƏYƏN TƏLƏBƏLƏR ÜÇÜN ÖDƏNİŞLİ YAY SEMESTRİ TƏŞKİL EDİLƏCƏKDİR

          Hər tədris ilinin sonunda olduğu kimi 2021-2022-ci tədris ilinin sonunda da akademik borcu qalan, əvvəl müvəffəqiyyət qazanmış fənlərdən qiymətini yüksəltmək istəyən tələbələr üçün ödənişli əsaslarla yay semestri təşkil olunacaqdır.

          Artıq yay semestrinə qeydiyyat iyulun 13-dən 20-dək, hazırlıq isə iyulun 21-dən 24-dək aparılmışdır. Yay semestrinin dərsləri isə iyulun 25-də başlamaqla avqustun 30-dək başa çatdırılması nəzərdə tutulmuşdur. Qərara alınmışdır ki, yay semestrinin imtahan sessiyası sentyabrın 1-dən 5-dək keçirilsin. Yay semestrinin imtahanlarında üzürlü səbəbdən iştirak etməyən tələbələr üçün isə sentyabrın 6-dan 10-dək təkrar imtahanlar təşkil olunması nəzərdə tutulmuşdur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.