Litva-Azərbaycan münasibətləri və əlaqələri yeni mərhələyə qədəm qoyur
Mayın 22-də Vilnüsdə rəsmi səfərdə olan ölkə başçısı Cənab İlham Əliyevin litvalı həmkarı Gitanas Nauseda ilə görüşü iki dövlət arasında münasibətlərin müzakirəsi, iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar digər sahələrə də öz müsbət təsirini göstərir. Gələcək illərdə iqtisadiyyat və ticarət sahələrində də işlər sürətlə gedəcək.
Litva ilə ikitərəfli əməkdaşlıq Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı işlər paralel şəkildə aparılır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti