Əcnəbi tələbələrin məlumatlandırılması məqsədilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə əcnəbi tələbələrin miqrasiya məsələlərinə həsr olunan görüş keçirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin nümayəndələri və ali təhsil müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

   Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev əcnəbi tələbələr üçün maarifləndirmə tədbirlərinin təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırıb, Azərbaycan Respublikasının Miqrasiya Qanunvericiliyinin tələbləri barədə məlumat verib. Baş idarə rəisi əcnəbi tələbələrlə bağlı sənədləşmə işinin səmərəli təşkilinin, eləcə də ölkədə olma və yaşama qaydaları ilə bağlı müvafiq prosedurların vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.

  Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov adıçəkilən sahədə ali təhsil müəssisələri tərəfindən görülən işlər barədə danışıb.

 Tədbirdə Gəncə Dövlət Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov təmsil edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti