GDU-nun əməkdaşları Türkiyədə – Dokuz Eylül Universitetində elmi təcrübə mübadiləsində

Gəncə Dövlət Universitetinin (GDU) Kimya – biologiya fakültəsinin 2 əməkdaşı- Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri, professor Vəfa Məmmədova və fakültənin  humanitar məsələlər üzrə dekan müavini, dosent Yeganə Aslanova ikili diplom proqramı çərçivəsində  elmi tədqiqatlara dair təcrübə mübadiləsi ilə bağlı Türkiyə Respublikasının Dokuz Eylül Universitetinə ezam olunublar.

   GDU-nun əməkdaşları Dokuz Eylül Universitetində Fənn fakültəsinin dekanı professor Aylin Alın, dekan müavinləri professor Nalan Demir və dosent Mine Antep, Biologiya bölməsinin rəhbəri professor Çetin Ilgaz, Zoologiya kafedrasının müdiri professor Yusuf Kumlutaş, Botanika kafedrasının müdiri professor İsa Gökler ilə görüşüblər.

   Görüş zamanı  fakültə və kafedraların iş prinsipləri ilə bağlı məlumat verilib, tələbə-müəllim mübadiləsinin əhəmiyyəti barədə danışılıb.

    Daha sonra əməkdaşlarımız universitetin Zoologiya, Botanika, Mikrobiologiya, Anatomiya və Histologiya üzrə Araşdırma laboratoriyaları və Herbarı fondu ilə tanış olublar.  
   Qeyd edək ki, elmi tədqiqatlara dair təcrübə mübadiləsi  2 həftə davam edəcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti