Dokuz Eylül Universitetinin əməkdaşları ikili diplom proqramı çərçivəsində Gəncə Dövlət Universitetində

     Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov ikili diplom proqramı çərçivəsində ali təhsil ocağına təcrübə mübadiləsi üçün ezam olunan Dokuz Eylül Universitetinin professoru Kerem Canlı və dosent Ergin Şahinlə görüşüb. 

   Görüşdə Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və Kimya-biologiya fakültəsnin dekanı İsfəndiyar Alverdiyev iştirak ediblər.

   Rektor Yusif Yusibov qonaqları salamlayaraq Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələrindən danışıb. Gəncə Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında imzalanan ikili diplom proqramının müəllim və tələbələr üçün önəmini vurğulayıb. Rektor Yusif Yusibov yeni tədris ilindən ali təhsil ocağında ikili diplom proqramı üzrə mütəxəssis hazırlığına başlanılacağını qeyd edib, yaradılan imkanlara və göstərilən dəstəyə görə Dokuz Eylül Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.

   Dokuz Eylül Universitetinin əməkdaşları imzalanmış ikili diplom müqaviləsinin səmərəli olacağına əminliklərini ifadə ediblər.

   Professor Kerem Canlı ,,Prokariot orqanizmlər”, dosent Ergin Şahin ,, Virusların bioekoloji xüsusiyyətləri” mövzusunda  Kimya-biologiya fakültəsinin tələbələri üçün ustad dərsləri keçiblər.

   Məqsəd qarşılıqlı təcrübə mübadiləsi yolu ilə professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, həmçinin onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə nail olmaqdır.

  Qeyd edək ki, 2 həftəlik elmi tədqiqatlara dair təcrübə mübadiləsinin iyun ayının 2-də yekunlaşması  nəzərdə tutulur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti