Gəncə Dövlət Universitetinin məzunu xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olub
2023/2024-cü tədris ili üzrə Gəncə Dövlət Universitetinin məzunu Günay Hümmətova xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olub. Günay Hümmətova 2024/2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarından biri olaraq sentyabr ayından təhsilini Bristol Universitetində Mühəndis riyaziyyatı ixtisası üzrə davam etdirəcək.
Qeyd edək ki, Günay Hümmətova 2018-ci ildə 653 bal toplayaraq Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına qəbul olub. Yüksək balla müəllimlik ixtisasını seçdiyi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Code Academy tərəfindən həyata keçirilən “Code For Future” layihəsini “Honour Degree” ilə başa vurub. Məzunumuz IELTS imtahınından yüksək nəticə əldə edib və University of Sheffield, University of Edinburgh, University of Bristol kimi universitetlərindən magistratura səviyyəsinə qəbul alıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti