GDU tələbələrinin iştirakı ilə “Kod da Vinci” adlı intellektual yarış keçirilib

            Gəncə şəhər Heydər Əliyev Park-Xiyaban Kompleksində Azərbaycan Respublikasının Gənclər Fondunun həyata keçirdiyi “İdeyanı Reallaşdır 2023” müsabiqə çərçivəsində Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının fəal üzvlərinin iştirakı ilə “Kod da Vinci” adlı intellektual yarış keçirilib. Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən yarışda 50 nəfərdən artıq tələbə iştirak edib.

      Yarışın əsas məqsədi yalnız intellektual biliklərin yoxlanılması deyil, eyni zamanda Gəncə şəhərinin tarixi, mədəni irsinin öyrənilməsi və təbliği olub. Yarış iştirakçıları Gəncə şəhərində yerləşən abidə, küçə adları və digər tarixi-mədəni obyektlər haqqında şifrələnmiş 5 sualı cavablandırıblar.  

    Tədbirin sonunda 1-ci, 2-ci və 3-cü yerləri tutan iştirakçılar sertifikat, medal, kubok və dəyərli hədiyyələrlə təltif ediliblər. Bununla yanaşı yarışın bütün iştirakçıları sertifikatlarla təltif olunaraq mükafatlandırılıb. Təltifetmə mərasimi Gəncə Gənclər Evində keçirilib.

      Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların doğma şəhərlərinin tarixi, mədəni irsi və mədəni obyektləri ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti