GDU-nun Tələbə Gənclər Təşkilatına üzv olan fəal tələbələri ilə görüş keçirilib

               Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən CreART Mədəniyyət Klubunun nümayəndələri tələbələrlə görüş keçirib. Görüşdə TGT və CreART Mədəniyyət klubunun fəaliyyəti barədə ətraflı məlumat verilib. Tələbələrlə maarifləndirici söhbət aparılıb.

      Bundan əlavə universitet tələbələri Gəncə şəhərində yerləşən Məhsəti Gəncəvi adına muzeyi də ziyarət ediblər. Görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə yaxından tanış olublar. Gənclərə muzeydə sərgilənən eksponatlar barədə geniş məlumat verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti