Samuxlu şagirdlər Gəncə Dövlət Universitetində
Samux rayon İnstitut qəsəbə tam orta ümumtəhsil məktəbin yuxarı sinif şagirdləri Riyaziyyat və informatika aylığı çərçivəsində Gəncə Dövlət Universitetinin VI tədris binası ilə yaxından tanış olublar.
Görüşdə Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, Riyaziyyat – informatika fakültəsinin dekanı, dosent Oruc Hüseynov, professor Orucəli Rzayev, dosent Rauf Məmmədov, dosent Nazim Neymətov, İnstitut qəsəbə tam orta məktəbin müəllimləri Nəsirə Yusifli və Nailə Fərzəliyeva iştirak ediblər.
Samuxlu şagirdlərə Gəncə Dövlət Universitetinin fəaliyyəti, uğurları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib.
Daha sonra şagirdlər Riyaziyyat- informatika fakültəsində yaradılan şəraitlə yaxından tanış olublar. Şagirdlərə universitetin fəaliyyəti ilə bağlı bukletlər təqdim edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti








