18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir keçirilib

Gəncə Dövlət Universitetində   18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilən tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Universtetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür. 18 oktyabr 1991-ci il tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi – müstəqil inkişaf dövrü başlayıb. Prorektor onu da diqqətə çatdırıb ki,   Ulu Öndər Heydər Əliyev xalqın təkid və tələbi ilə Azərbaycana qayıdışı ilə  müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını aldı. Ümummilli Lider tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Tədbirdə  rektorun baş müşaviri Asif Cavadov və Universitet AHİK-in sədri Afaq Qasımova mövzu ətrafında çıxış ediblər.

Daha sonra Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadənin   “Sarsılmaz müstəqillik – güclü dövlətçilik”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayevin “Azərbaycançılıq  ideologiyası və müstəqillik düşüncəsi”,  Azərbaycan tarixi kafedrasının dosenti Fəxrəddin Usenovun “Əbədi müstəqillik yolunda Azərbaycan”,  Sosial fənlər kafedrası baş müəllimi Üzeyir Balakişiyevin  “Azərbaycan Xalqının müstəqillik iradəsi”, Psixologiya kafedrasının baş müəllimi Sabirə Bayramovanın “Müstəqilliyin bərpası günü dövlətçilik və xalqımızın azadlıq arzusunun təcəssümüdür”, GDU-nun tələbəsi Sücayət İsmayılovanın “Müstəqilliyin bərpası – Yeni tariximizin başlanğıcı” adlı məruzələri dinlənilib.

Sonda 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr edilən videoçarx nümayiş etdirilib.