18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Gəncə Dövlət Universitetində intelektual oyun keçirilib
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə intelektual oyun təşkil olunub. Tədbirin əsas məqsədi tələbələr arasında vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, müstəqillik tariximizin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və tələbələrin intellektual biliklərinin artırılması olub.
Bilik yarışında Filologiya, Xarici dillər, Riyaziyyat və İnformatika fakültələrinin tələbələri fəal iştirak ediblər. Universitet komandaları arasında keçirilən yarışda tələbələr dövlətçilik ənənələri, milli dəyərlər və ümumi dünyagörüş mövzularında sualları cavablandırıblar.
Yarışın yekununda fərqlənən komandalar GDU Tələbə Gənclər Təşkilatı tərəfindən sertifikatla təltif olunublar.



