GDU-nun dosenti beynəlxalq elmi seminarda
21 oktyabr 2025-ci il tarixdə ADA Universitetinin Qazax Mərkəzində beynəlxalq elmi seminar keçirilib. Amerikalı tədqiqatçı prof.Dr. Zorka Karanxha “ABŞ Məktəblərində İntizam Siyasəti: Sıfır Dözümdən Bərpaedici Təcrübələrə keçid”mövzusundan əhatəli şəkildə bəhs edib.
Geniş diskussiya şəraitində keçən, xoş təəssüratlar doğuran seminarda Gəncə Dövlət Universitetindən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova iştirak edib.



