Qiyabi şöbədə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Daha sonra Xocalı soyqırımında törədilən ağır cinayətlərdən danışılıb. Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulanıb.