“FİZİKA AYLIĞI” ÇƏRÇİvəsiNDƏ İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB
Gəncə Dövlət Universitetinin (GDU) Fizika kafedrasının təşkilatçılığı ilə “Fizika aylığı” çərçivəsində Gəncə şəhər 31 saylı tam orta məktəbdə “Breyn rinq” intellektual yarış keçirilib.
Yarışın təşkil olunmasında məqsəd orta məktəb şagirdlərinin fizika fənninə olan marağını artırmaq və onların intellektual səviyyəsini aşkar etmək olub.
Yuxarı sinif şagirdləri arasında keçirilən yarışda universitetin Fizika kafedrasının müdiri Yəhya Namazov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, kafedranın baş müəllimi Seyfəddin Musayev, eləcə də 31 saylı tam orta məktəbin direktor müavini Elçin Qurbanov, fizika müəllimləri Təbriz Abbasov, Rəna Veyisova və Aytən Əbdürrəhmanova iştirak ediblər.
Yəhya Namazov yarış iştirakçılarını salamlayaraq, bilik yarışının əhəmiyyətindən danışıb və gənclərə uğurlar arzulayıb. Cabbar Qarayev çıxışında universitet-məktəb əməkdaşlığının vacibliyini vurğulayıb.
Bilik yarışının müsiflər heyəti və aparıcıları isə orta məktəbdə pedaqoji təcrübə keçən GDU-nun Fizika müəllimliyi ixtisasının IV kurs tələbələri olub. Yarışda onların bu fəaliyyəti tələbələr üçün həm nəzəri biliklərin praktikada tətbiqi, həm də pedaqoji bacarıqların inkişafı baxımından əhəmiyyət kəsb edib.
Yarışın sonunda qalib gələn komanda diplom və hədiyyələrlə təltif olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti



