GDU-nun tələbələri Məhsəti Gəncəvi Mərkəzində

     Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Filologiya və xarici dillər fakültəsinin bir qrup tələbəsi Məhsəti Gəncəvi Mərkəzində olublar.

    Gənclər burada şairənin həyat və yaradıcılığı haqqında sərgilənən portret xalçalar,  intibah dönəmində xanımlara xas milli geyim nümunələri və  Məhsəti Gəncəvi rübailərinə həsr edilmiş tablolar ilə yaxından tanış olublar.

    Mərkəzin bələdçisi tərəfindən tələbələrə görkəmli şairənin yaradıcılığı və ədəbi irsi haqqında geniş məlumat verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti