Təcrübəçi tələbələr orta məktəblərdə sınaq dərslərində iştirak edirlər

Gəncə Dövlət Universitetində pedaqoji  ixtisaslarda təhsil alan təcrübəçi tələbələrin orta məktəblərdə sınaq dərsləri uğurla davam edir.

Filologiya və xarici dillər fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri Gəncə şəhəri 4, 25, 30 39 və 44 saylı orta məktəblərdə təşkil olunan sınaq dərslərində həvəslə iştirak edirlər.

Dərslərdə Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Elnarə Abdullayeva, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev və təcrübə rəhbərləri, təcrübəçi tələbələr iştirak edirlər.

Təlimata uyğun olaraq universitetin təcrübəçi tələbələri şagirdlərə mövzuları ətraflı izah edirlər.