Əlilliyi olan tələbələr üçün mərkəz və Psixologiya kafedrasının birgə təşəbbüsü ilə tələbələrlə görüş keçirilib
Gəncə Dövlət Universitetində Əlilliyi olan tələbələr üçün mərkəz və Psixologiya kafedrasının birgə təşəbbüsü ilə Filologiya və xarici dillər fakültəsində təhsil alan tələbələrlə görüş keçirilib.
Görüşün əsas məqsədi Əlilliyi olan tələbələr üçün mərkəzin fəaliyyət istiqamətlərinin tələbələrə tanıdılması, eyni zamanda psixoloji dəstək xidmətləri barədə məlumatlandırmanın aparılması və qrup formatında psixoloji seansların təşkili olub.
Görüş zamanı xüsusi vurğulanıb ki, əlillik məsələsi şəxsi xarakter daşıdığı üçün tələbələr mərkəzə tam rahatlıqla müraciət edə bilərlər. Müraciət edən şəxslərin bütün hüquqları qorunur və təqdim olunan xidmətlər çərçivəsində tam məxfilik təmin edilir. Bununla yanaşı, ehtiyac yarandığı təqdirdə sağlamlıq imkanları məhdud tələbələr üçün fərdi psixoloji seansların təşkili imkanının mövcud olduğu da diqqətə çatdırılıb.
Görüş mərkəzin direktoru Turanə Qurbanova və Psixologiya kafedrasının baş müəllimi Səbinə Şahverdiyevanın iştirakı ilə həyata keçirilib. Görüşlər silsilə xarakter daşıyır, digər fakültələrdə də keçirilməsi planlaşdırılır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti



