Qiyabi şöbənin tələbələri Heydər Əliyev Mərkəzində olublar
Gəncə Dövlət Universitetində qiyabi formada təhsil alan tələbələr Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olublar. Qiyabi şöbənin müdiri Elsevər Nağıyevin rəhbərliyi ilə Mərkəzlə tanışlıq zamanı tələbələrə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumat verilib. Həmçinin tələbələr Heydər Əliyev Mərkəzində sərgilənən eksponatlarla da yaxından tanış olublar.
Bu cür maarifləndirici tədbirlər gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə və milli-mənəvi dəyərlərimizin daha dərindən mənimsənilməsinə xidmət edir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




