GDU-da magistratura səviyyəsi üzrə 1-ci kurs tələbələri ilə görüş keçirilib

Gəncə Dövlət Universitetində 15 Sentyabr – Bilik Günü münasibətilə magistratura səviyyəsi üzrə 1-ci kurs tələbələri ilə görüş keçirilib.

Magistratura şöbəsinin müdiri Emin Yaqubov magistrantları yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, magistratura təhsilinin elmi-tədqiqat fəaliyyətinin inkişafında, peşəkar kadr hazırlığında və müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Magistratura şöbəsinin müdir müavini Samirə Cəfərova tələbələrə tədris prosesinin təşkili, elmi fəaliyyət imkanları və universitetdə yaradılmış təhsil mühiti barədə ətraflı məlumat verib, magistrantları maraqlandıran sualları cavablandırıb.

Sonda tələbələrə universitetin təhsil, elmi-mədəni həyatında fəal iştirakının vacibliyi qeyd edilib.

İ