Tarix və Coğrafiya fakültəsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20 oktyabr 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Ortaq əlifbadan ortaq gələcəyə” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq Birinci Türkoloji Qurultayın türk xalqlarının dil, ədəbiyyat, tarix və mədəniyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, ortaq tarixi və mədəni dəyərlərin qorunmasının, eləcə də türk xalqları arasında elmi və mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Daha sonra Tarix və Coğrafiya fakültəsinin dekanı Urfan Həsənov çıxış edərək Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən, türk xalqlarının ortaq dil və əlifba məsələlərinin müzakirəsində oynadığı roldan bəhs edib. O, qurultayın irsinin bu gün də aktuallığını qoruduğunu və Türk dünyasının elmi-mədəni inteqrasiyasına töhfə verdiyini bildirib.
Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə isə “Türk dünyasında ortaq dəyərlər” mövzusunda çıxış edərək türk xalqlarını birləşdirən tarixi, mənəvi və mədəni dəyərlərdən, bu dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs edib. O, ortaq dəyərlərin Türk dünyası arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib.
Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə isə “Türk dünyasında ortaq dəyərlər” mövzusunda çıxış edərək türk xalqlarını birləşdirən tarixi, mənəvi və mədəni dəyərlərdən, bu dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs edib. O, ortaq dəyərlərin Türk dünyası arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib.
Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Birinci Bakı Türkoloji Qurultayı: Tarixi əhəmiyyəti və müasir dövrdə Türk dünyasının elmi-mədəni birliyi” mövzusunda məruzəsində qurultayın türk xalqlarının ortaq elmi və mədəni irsinin öyrənilməsindəki əhəmiyyətini diqqətə çatdırıb, onun tarixi təcrübəsinin müasir dövrdə Türk dünyası arasında əməkdaşlıq baxımından aktuallığını vurğulayıb.
Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva “Birinci Türkoloji Qurultay və 1920-ci illərdə sovet milli siyasəti: elmi forum, yoxsa ideoloji layihə” mövzusunda çıxışında qurultayın keçirildiyi dövrün siyasi-ideoloji xüsusiyyətlərini təhlil edib, elmi müzakirələrin sovet milli siyasəti kontekstində qiymətləndirilməsinin vacibliyini qeyd edib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli “Türkoloji Qurultayın tarixi əhəmiyyəti” mövzusunda çıxış edərək qurultayın keçirildiyi dövrün ictimai-siyasi şəraitinə, türk xalqlarının elmi və mədəni həyatındakı roluna toxunub.
Tədbir Birinci Türkoloji Qurultayın zəngin tarixi irsinin öyrənilməsi, ortaq əlifba və dil məsələlərinin müasir əhəmiyyətinin dərk edilməsi, eləcə də Türk dünyasının elmi-mədəni birliyinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.









