GDU-da Beynəlxalq Tələbə Gününə həsr olunmuş rəsm sərgisi keçirilib

Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində 17 Noyabr – Beynəlxalq Tələbə Gününə həsr olunmuş tələbələrin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.

Sərgidə fakültənin tələbələri Banu Bəşirova, Leyla Abdullayeva, Leyla Babayeva və Vəfa Vəliyevanın rəsm əsərləri nümayiş etdirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, müəllimlər və tələbələr sərgi ilə yaxından tanış olublar.

Sərgi tələbələrin istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq imkanlarının təşviqi və universitetin mədəni həyatında tələbə təşəbbüslərinin dəstəklənməsi baxımından əhəmiyyət daşıyıb.