Gəncə Dövlət Universitetinin tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında iştirak ediblər

Noyabrın 20-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib. Mərkəzin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan müsabiqədə respublikanın 50 ali təhsil müəssisəsinin komandası mübarizə aparıb.

Yarışda Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin tələbələrindən ibarət komandası iştirak edib.

Yarış Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır. Yarış zamanı komandalara hər suala cavab vermək və müzakirə aparmaq üçün 60 saniyə vaxt ayrılıb.

Qeyd edək ki, 2014-cü ildən təşkil olunan layihə gənclərin Azərbaycan tarixi və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında biliklərinin zənginləşdirilməsinə, vətənpərvərlik ruhunun və sağlam rəqabət ənənələrinin gücləndirilməsinə xidmət edir.