ADA Universitetinin əməkdaşları Gəncə Dövlət Universitetinin tələbələri ilə görüş keçirib

ADA Universitetinin əməkdaşları Gəncə Dövlət Universitetinin yuxarı kurs tələbələri ilə görüş keçirib.

      Görüşdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək  ADA Universiteti haqqında məlumat verib.

     ADA Universitetinin  əməkdaşları Nəzrin Əlizadə, Ləman Hüseynli və professor Fuad Hacıyev çıxışında universitetin dünya təhsil sistemində tutduğu mövqeyi, əldə edilən uğurları və Universitetin Qazax Mərkəzi haqqında ətraflı danışıblar. Universitetin magistr ixtisasları, bu ixtisaslara qəbul qaydaları və digər imkanlar barədə tələbələrə geniş məlumat veriblər.

    Sonda tələbələrin suallarına ətraflı cavab verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti