“Akademik və peşəkar İngilis dili bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil olunacaq

Gəncə Dövlət Universitetində  01 – 31 may 2025-ci il tarixlərində hər cümə axşamı günü “Akademik və peşəkar İngilis dili bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil olunacaq.

Təlimin məqsədi müəllim heyətinin akademik və peşəkar ingilis dili üzrə biliklərinin artırılması, ünsiyyət və təqdimat bacarıqlarının təkmilləşdirilməsidir.

 Təlimlər kafedranın ixtisaslı müəllimləri A.Babayeva, T.Cəlilova və G.Sadıqova  tərəfindən aparılacaq.