Ali məktəb tələbələri üçün yeni təqaüd proqramına start verilmişdir

Yüksək potensiala, bilik və bacarıqlara malik müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün  yeni təqaüd proqramına start verilmişdir.

       Tələbələri həvəsləndirmək, onların peşəkar inkişafına dəstək olmaq məqsədilə “Azercell Tələbə Təqaüdü 2023”  proqramının təqdimatına dair Gəncə Dövlət Universitetində görüş keçirilmişdir. Universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən təqdimatda qeyd edilmişdir ki, tələbələr aylıq təqaüd almaqla yanaşı, kommunikasiya sahəsində biliklərini də artırmaq imkanı əldə edəcəklər.

      Təqdimatda informasiya texnologiyaları, kibertəhlükəsizlik, biznes analitikası, marketinq sahələrinə dair tələbələrin qazanacaqları təcrübə haqqında da  ümumi məlumat verilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti