Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərin nəzərinə!
Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə qəbul olan I kurs tələbələrinin nəzərinə!
Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında 600 və daha çox bal toplayaraq Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə qəbul olan I kurs tələbələrinə 2026/2027-ci tədris ilinin payız semestrində hər ay 200 (iki yüz) manat məbləğində həvəsləndirici təqaüd veriləcək.
Növbəti semestrlərdə tələbənin ÜOMG – si 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda təqaüdün verilməsi davam etdiriləcək.
Gəncə Dövlət Universitetini seçən bütün abituriyentlərə uğurlar arzu edirik!


