“Alman dili dərslərində dinləyib-anlama bacarığının inkişafı üçün innovativ üsullar” adlı təlim praktik nümunələr əsasında keçirilib

16.05.2025-ci il tarixdə Gəncə Dövlət Universitetində “Alman dili dərslərində dinləyib-anlama bacarığının inkişafı üçün innovativ üsullar” mövzusunda təlim baş tutub.

 Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimova tərəfindən aparılan təlimdə dinləyib-anlama metodlarından ətraflı bəhs olunub, eləcə də Alman dilində dinləyib – anlama bacarıqlarının inkişafı, oxuyub–anlama vərdişlərinin formalaşdırılması və yazı vərdişlərinin tətbiqi üsulları izah edilib.

  Praktik nümunələrlə zənginləşdirilmiş interaktiv təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.