AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı növbəti dəfə Gəncə Dövlət Universitetində ustad dərsi keçib
Gəncə Dövlət Universitetində AMEA-nın müxbir üzvü, dünya şöhrətli alim, kimya elmləri doktoru, GDU-unun Fəxri doktoru, professor Məhəmməd Babanlı “Entropiya fenomeni elmdə və həyatda” mövzusunda ustad dərsi keçib. Nümunəvi dərsdə Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Elm və Təhsil Nazirliyinin Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, professor İmir Əliyev, Universitetin Kimya-biologiya fakültəsinin professor-müəllim heyəti, eləcə də tələbələr iştirak etdilər.
Prorektor Pərvin Kərimzadə vaxt ayırıb ali təhsil ocağında ustad dərs keçdiyinə görə GDU-nun fəxri doktoru Məhəmməd Babanlıya minnətdarlığını bildirib, professorun ən mühüm elmi nailiyyətlərindən, həmçinin elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətindən danışıb. Bildirib ki, professor Məhəmməd Babanlı dünyaca tanınmış alimdir və onun elmi rəhbərliyi ilə 4 nəfər kimya elmləri doktoru, 40-dan çox kimya üzrə fəlsəfə doktoru hazırlanıb.
Çıxışlardan sonra professor Məhəmməd Babanlının “Entropiya fenomeni elmdə və həyatda” mövzusunda mühazirəsi dinlənilib. Professor nümunəvi dərsdə entropiyadan doğan bir sıra maraqlı məqamlardan danışıb. Həmçinin dünya şöhrətli alim 10 tədris materialını bir yerə toplayaraq “entropiya” anlayışının üzərinə fokuslanaraq ətraflı şəkildə izahını verib.
Sonda mövzu ətrafında suallar cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti